Şriftin ölçüsü :

Saytın rəngi :

Şilyan kəndində səyyar qəbul keçirilib

28 noyabr 2019 | 16:00

Noyabrın 28-də Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovun Şilyan kəndində əhali ilə növbəti səyyar qəbul-görüşü keçirilib.
Şilyan kəndinin sakinləri ilə görüşdə rayon icra hakimiyyətinin məsul işçiləri, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər.
Kənd sakinləri ilə görüşü giriş nitqi ilə açan Ceyhun Cəfərov ölkə Prezidentinin Sərəncam və tapşırıqlarına əsasən Kürdəmir rayonunda Asan Xidmət Mərkəzinin, 563 məcburi köçkün ailəsi üçün yeni yaşayış kompleksinin, “Azərxalça” ASC-nin Kürdəmir filialı üçün bina və digər sosial obyektlərinin tikildiyini bildirdi. Rayon rəhbəri qeyd etdi ki, bu layihələrin icrası nəticəsində yeni iş yerləri açılır ki, bu da rayon sakinlərinin  məşğulluğunun artırılmasına xidmət edir.Ceyhun Cəfərov vurğuladı ki, Cənab Prezidentin kənd yollarının yenidən qurulması ilə əlaqədar qarşıya qoyduğu vəzifələr Kürdəmir rayonunda da uğurla icra olunur. Belə ki, Kürdəmir rayonunda Şilyan-Qarasu avtomobil yolunun tikintisi ilə yanaşı, Pirili-Muradxan-Sor-Sor, Karrar–Bağman–Böyük Kəngərli və Dəyirmanlı-Yenikənd kəndlərinin avtomobil yollarının tikintisi də aparılır.
Qəbulda kənd sakinləri suvarma suyunun təminatı, istismar müddətini başa vurmuş elektrik dirəklərinin dəyişdirilməsi, kənd təsərrüfatı və torpaq məsələləri, səhiyyə və digər problemlərinin həllinə köməklik göstərilməsini xahiş ediblər. Bütün bunlar nəzərə alınaraq qaldırılan məsələlərin həll olunması üçün rayon İcra Hakimiyyətinin Başçısı yerindəcə aidiyyatı təşkilatların rəhbərlərinə göstəriş və tapşırıqlarını verib.

Keçidlər