Şriftin ölçüsü :

Saytın rəngi :

Böyük Kəngərli kəndində səyyar qəbul keçirilib

14 noyabr 2019 | 16:00

Noyabrın 14-də rayonun Böyük Kəngərli kəndində  Kürdəmir  Rayon İcra  Hakimiyyətinin  Başçısı  Ceyhun  Cəfərovun növbəti səyyar qəbul-görüşü keçirilib.
Qəbulda  rayon  icra  hakimiyyətinin, hüquq-mühafizə  orqanlarının, səhiyyə, təhsil,  mədəniyyət, digər  xidmət  təşkilatlarının  rəhbərləri və Böyük Kəngərli kənd inzibati ərazi dairəsinə daxil olan Bağman, Böyük Kəngərli və İsmayıllı kəndlərinin sakinləri iştirak ediblər.
Kənd sakinləri ilə görüşü giriş nitqi ilə açan Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov bildirdi ki, əvvəlki səyyar qəbullarda olduğu kimi bugünkü görüşümüzün də əsas məqsədi siz kənd sakinlərini narahat edən məsələlərin öyrənilməsi və həll edilməsidir. İstəyirik ki, vətəndaşların narahatlığına səbəb olan məsələləri sizin öz dilinizdən eşidərək öyrənib, daxili imkanlar hesabına operativ yerində həll edək, ehtiyac gəldiyi halda isə Prezident Administrasiyasına lazımi məlumat verməklə aidiyyəti nazirliklərin və təşkilatların qarşısında məsələlər qaldıraq. Ceyhun Cəfərov qeyd etdi ki, altı min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Karrar–Bağman–Böyük Kəngərli avtomobil yolunun tikintisi artıq başa çatmaq üzrədir və tikintidə son tamamlama işləri aparılır.
Səyyar qəbulda iştirak edən kənd sakinləri çıxış edərək içməli su təminatı,elektrik enerjisi və qaz təchizatı , kənd təsərrüfatı  və  torpaq  məsələləri, səhiyyə  və digər  problemlərinin həllinə köməklik göstərilməsini xahiş ediblər. Bütün bunlar nəzərə alınaraq qaldırılan məsələlərin həll olunması üçün rayon İcra Hakimiyyətinin Başçısı yerindəcə  aidiyyatı  təşkilatların  rəhbərlərinə  göstəriş və tapşırıqlarını  verdi.
Kənd  sakinləri Azərbaycan   Respublikası   Prezidentinin  Sərəncamlarına əsasən inşa edilən Karrar–Bağman–Böyük Kəngərli avtomobil yolunun tikintisinə görə  ölkə rəhbəri Cənab İlham Əliyevə  minnətdarlıqlarını  bildiriblər.
Sonda Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov qaldırılan məsələlərin  operativ  həll  edilməsi  ilə əlaqədar  aidiyyatı  üzrə  xidmət təşkilat rəhbərlərinə müvafiq tapşırıqlarını verdi.

Keçidlər