Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq”: Kürdəmir məktəbliləri Lənkərana yola düşüblər

13 noyabr 2019 | 16:00

Kürdəmir rayonundan olan 40 nəfər yuxarı sinif şagirdi “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində noyabrın 13-də Lənkaran-Masallı-Astara marşrutu üzrə yola salınıb. Bu münasibətlə Heydər Əliyev parkında yolasalma mərasimi keçirilib. 

Mərasim iştirakçıları əvvəlcə parkda Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə çiçəklər düzüblər. Sonra məktəblilər Heydər Əliyev Mərkəzinə gəlib, burada Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən guşələrlə tanış olublar.

Valideynlərin və müəllimlərin də iştirak etdikləri mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov bildirib ki, artıq altıncı ildir ki, Azərbaycanın orta ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdlərinin iştiraki ilə “Ölkəmizi tanıyaq” devizi altında Vətənimizin müxtəlif bölgələrinə maarifləndirici tur-aksiyaları təşkil olunur. Dövlətimizin başçısı İlham Əliyevin tövsiyəsinə əsasən Prezident Administrasiyasının təşkilatçılığı ilə keçirilən tur-aksiyalar artıq  gözəl ənənə halı alıb.“Ölkəmizi tanıyaq” layihəsinin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır. Kürdəmir rayonunda İsmayıllı - Qəbələ - Şəki, Gəncə- Göygöl – Şəmkir, Qəbələ - Şəki - Zaqatala olmaqla 8 istiqamət üzrə hər dəfə 40 uşağın iştirakı ilə 360 şagird iştirak edib. “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının şagirdlərimizin dünyagörüşünün formalaşmasında, bilik səviyyələrinin artmasında,ölkəmizi daha yaxından tanımasında çox böyük əhəmiyyəti vardır. Ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın bu günki  nailiyyətlərini, Ölkə Prezidenti Cənab İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən simasıni görmək yetişən gənc nəslin vətənə məhəbbət ruhunda tərbiyə olunmasında çox böyük rol oynayır.Ulu öndər Heydər Əliyevin düşünülmüş siyasətinin məhsulu olan Müstəqil Azərbaycan dövləti ,onun uğurlu daxili və xarici siyasəti bu gün Möhtərəm cənab  Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın son dövrlərdə həyata keçirdiyi irimiqyaslı kontraktlar,çoxlarının həyata keçəcəyinə şübhə ilə baxdığı layihələr , idman oyunlarının yüksək səviyyədə keçirilməsi Azərbaycanın daim artan gücünü ,qüdrətini bütün dünyaya bir daha göstərdı. Möhtərəm cənab  Prezidentimiz İlham Əliyev və birinci Vitse-prezident Mehriban xanım Əliyeva təhsilin, səhiyyənin, mədəniyyətin, idmanın inkişafını daim diqqətdə saxlayır, ekologiyanın qorunmasına diqqət yetirir, hər il ölkə vətəndaşlarının pulsuz müayinəyə cəlb olunması, şəhid və əlil ailələrinə, qaçqın və məcburi köçkünlərə, aztəminatlı ailələrə, internat və qocalar evlərində yaşayanlara dövlət qayğısı  göstərirlər.
Çıxış edənlər məktəblilərə Lənkəran-Masallı-Astara bölgəsinin tarixi və mədəniyyət abidələri, adət-ənənələri, sosial-iqtisadi həyatı, bugünkü dinamik inkişafı barədə zəngin məlumatlar almağı tövsiyə ediblər.

Sonda tur-aksiya iştirakçıları avtobusa əyləşib, Lənkəran-Masallı-Astara marşrutu üzrə yola düşüblər.

Keçidlər