Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə “ 9 - Noyabr Bayraq Günüm- Ad Günüm!” devizi altinda tədbir keçilirib

07 noyabr 2019 | 16:00

Bu gün Kürdəmir rayonunun ümumtəhsil məktəblərində Azərbaycanın Bayraq  Günü münasibətilə  “9 - Noyabr Bayraq Günüm - Ad günüm!” devizi altinda tədbirlər təşkil olunub.
Rayon Gənclər   və  İdman  idarəsinin  təşəbbüsü  ilə keçirilən tədbirlərdə idarənin əməkdaşları iştirak edərək 9 noyabr günündə doğulan bir necə gənci əlamətdar gün münasibəti ilə təbrik edib, onlara Ölkəmizin üçrənğli bayrağı və suvenirlər hədiyyə edilib.Tədbirlərdə çıxış edənlər bildiriblər ki, Azərbaycan Respublikasının dövlət atributlarından, dövlətçilik rəmzlərindən biri onun Dövlət bayrağıdır. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir.
Bayraq - bir ölkəni, təşkilatı işarələyən, dövlət rəmzi olub, müharibələr zamanı öndə, insanların başı üzərində aparılan, müxtəlif rəsmi təşkilatların binalarının qarşısında dirəyə asılan dövlət atributudur. Bayrağın üzərindəki hər rəng və simvol bir özəl məna daşıyır.
Azərbaycan Respublikasının Dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir və qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.
Milli bayrağımızdakı göy rəng - türkçülüyü, qırmızı – müasirliyi, yaşıl – islam ideologiyasını ifadə edir. Azərbaycan Respublikası üzərində dalğalanan müqəddəs Dövlət Bayrağımız 1918-ci il noyabrın 9-da Bakıda Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdirdiyi binada qəbul edilib və qaldırılıb. Azərbaycan Bayrağı tarixində ən sərfəli günlərdən biri 7 dekabr 1918-ci ildə müsəlman şərqində ilk demokratik, dünyəvi dövlət olan AXC parlamentinin açılışı zamanı qaldırılıb.
1990-cı il noyabrın 17-də Naxçıvan MR Ali Məclisinin qərarı ilə milli bayrağımız bərpa olunaraq muxtar respublikanın dövlət bayrağı kimi qəbul olunur. 1991-ci il fevralın 5-də Azərbaycan Ali Sovetinin qərarı ilə hazırkı üçrəngli və ay-ulduzlu bayraq müstəqil respublikanın dövlət bayrağı elan edilir.
Azərbaycan prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla 9 noyabr tarixi Dövlət Bayrağı günü kimi qeyd olunur.

Keçidlər