Şriftin ölçüsü :

Saytın rəngi :

Yenikənd kəndində səyyar qəbul keçirilib

07 noyabr 2019 | 16:00

Noyabrın 7-də Yenikənd kəndində Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun növbəti səyyar qəbul-görüşü keçirilib.
Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və Yenikənd kənd inzibati ərazi dairəsinə daxil olan Mürtülü, Dəyirmanlı, Təklə və Yenikənd kəndlərinin sakinləri iştirak ediblər.
Kənd sakinləri ilə görüşü giriş nitqi ilə açan Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov son illərdə ölkəmizin sosial-iqtisadi inkişafı ilə bağlı dövlət səviyyəsində həyata keçirilən tədbirlərdən, regionlara göstərilən qayğı və diqqətdən söz açaraq, Kürdəmir rayonunda görülmüş işlər barədə geniş məlumat verdi. Ceyhun  Cəfərov rayonun Yenikənd  kənd  inzibati  ərazi  vahidliyində  də  xeyli  abadlıq, quruculuq, təmir-bərpa  işlərinin aparıldığını, bütün  potensial  imkanlar  nəzərə alınmaqla  bir  çox  layihələrin  uğurla  icra  olunduğunu, sakinlər   tərəfindən   qaldırılan   problemlərin həlli   istiqamətində  daim  tədbirlərin  görüldüyünü  diqqətə çatdırdı. Rayon rəhbəri  vurğulayıb ki,  Yenikənd-Dəyirmanlı  avtomobil  yolunun  tikintisi  ilə   vətəndaşların  gediş-gəlişi, yük  və  sərnişin  daşınması  daha da asanlaşacaq, ən əsası bölgədə kənd təsərrüfatının inkişafında  geniş  imkanlar  yaradacaqdır.
Səyyar qəbulda iştirak edən kənd sakinləri çıxış edərək içməli və suvarma su təminatı, elektrik enerjisi və təbii qaz təchizatı , pay torpaqlarını suvaran kanalların təmizlənilməsini, sosial müdafiə və digər məsələlər barədə müraciət ediblər. Bütün bunlar nəzərə alınaraq qaldırılan məsələlərin həll olunması üçün rayon İcra Hakimiyyətinin Başçısı yerindəcə aidiyyatı təşkilatların rəhbərlərinə göstəriş və tapşırıqlarını verdi.
Kənd sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya, eləcə də Yenikənd-Dəyirmanlı  avtomobil  yolunun  tikintisinə görə ölkə rəhbəri cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov görüşdə qaldırılan təkliflərin tezliklə həyata keçiriləcəyini əminliklə qeyd edərək, cari məsələlərin həlli üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.

Keçidlər