Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmir pambıqçıları rayon tarixində ən yüksək məhsuldarlığa nail olublar

06 noyabr 2019 | 16:00

Kürdəmir, 6 noyabr, AZƏRTAC

Kürdəmirdə pambıq yığımı davam edir və indiyədək hər hektardan məhsul istehsalı 20 sentnerə çatıb ki, bu da rayon tarixində ən yüksək göstəricidir.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari mövsümdə 2809 hektar sahədə “ağ qızıl” yetişdirilib və hələlik plantasiyalardan 5661 ton məhsul götürülüb. Rayonun əksər ərazilərində, xüsusilə Ərəbqubalı, Şilyan, Qarasu, Muradxan, Topalhəsənli və bir sıra digər ərazi vahidlərində məhsuldarlıq daha yüksəkdir.

Sahələrdə məhsul heç də az deyil. Hər yerdə ağır zəhmət bahasına yetişdirilən “ağ qızıl”ın tez və itkisiz toplanması üçün bütün qüvvələr səfərbər edilib.

Keçidlər