Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə Heydər Əliyev Mərkəzində yeni ailə quran gənclərin nigah mərasimlərinin keçirilməsi ənənə halı almışdır

30 oktyabr 2019 | 16:00

Oktyabrın 30-da rayonun Heydər Əliyev Mərkəzində Kürdəmir rayonunun Qaraqocalı kənd sakini Mirzəyev Famil Ramiz oğlu və Xırdapay kənd sakini Əzizova Aytən Müşfiq qızının nigah mərasimi keçirilib.
Nigah mərasimdən öncə ailə quran gənclər Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə tər gül-çiçək dəstələri qoymuş, xatirəsini ehtiramla yad ediblər.
Təntənəli mərasimdə cütlük nikah masasına dəvət olunub, onlar arasında nikah müqaviləsi bağlanmışdır. Ailə quranların qohumlarının və rayon icra hakimiyyətinin nümayəndələrinin iştirakı ilə nikah şəhadətnaməsi gənclərə təqdim olunub və onlara hədiyyələr verilmişdir.

Keçidlər