Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə istixana təsərrüfatlarında məhsul istehsalı 3,6 dəfə artıb

28 oktyabr 2019 | 16:00

Kürdəmir, 28 oktyabr, AZƏRTAC

Kürdəmir rayonunda hazırda 12,8 hektarda istixana təsərrüfatı fəaliyyət göstərir, bu təsərrüfatlarda əsasən pomidor və xiyar yetişdirilir.

Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari ilin 9 ayında istixana təsərrüfatlarında 1458 ton məhsul istehsal olunub, bu göstərici də ötən ilin müvafiq dövründəkindən 3,6 dəfə çoxdur.

Qeyd edək ki, Kürdəmirdə istər sahibkarların, istərsə də ailə-fermer təsərrüfatlarının istixana təsərrüfatlarına marağı heç də az deyil. Bu da təbii ki, yaxşı gəlirlə əlaqədardır. Yetişdirilən məhsulların daha çox hissəsi xarici ölkələrə, əsasən də Rusiya və Ukrayna bazarlarına göndərilir. Rayonun Mollakənd ərazi dairəsində fəaliyyət göstərən “Geotermal Agro”, eləcə də “Aqrotexnoser” MMC-lər ötən il olduğu kimi cari ildə də istixanalardan bol məhsul əldə edib.

Keçidlər