Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə “Qlobal Aqro” MMC tərəfindən yaradılan aqroparkda son tamamlanma işləri görülür

26 oktyabr 2019 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyri-neft  sektorunun inkişafının sürətləndirilməsi, aqrar sahədə intensiv texnologiyaların tətbiqi ilə bağlı tapşırığına uyğun olaraq, ölkəmizdə aqroparkların yaradılması istiqamətində işlər uğurla aparılır. Rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalında, ixrac potensialının artırılmasında xüsusi əhəmiyyət kəsb edən aqroparkların yaradılması kənd təsərrüfatı sahəsində əlaqələndirilmiş vahid sistemin, eləcə də istehsalçı-emalçı-istehlakçı münasibətlərinin formalaşmasında, yeni iş yerlərinin açılmasında əhəmiyyətli rol oynayacaq.
Kürdəmir rayonunda yaradılan aqroparklar əsasən taxılçılıq və digər bitkiçilik məhsullarının istehsalı ilə məşğul olurlar.
Belə aqroparklardan biri də rayonun Pirili massivində 2000 ha sahədə “Qlobal-Aqro” MMC tərəfindən yaradılan aqroparkdır. Aqroparkda dənli bitkilərin saxlanılması üçün 18,9 min tonluq saxlama anbarı, ofis və laboratoriya binaları, 80 tonluq elektron tərəzi, illik istehsal gücü 15 min ton olan çeşidləmə, dərmanlama
  və qablaşdırma sahəsi, texnika üçün talvar, qurutma avadanlıqları inşa olunmuşdur. Bundan əlavə aqroparkda  yem və yağ emalı zavodlarının tikintisi nəzərdə tutulmuşdur.
Aqroparkda zəruri infrastruktur yaradılmış, 1 km məsafədən işıq xətti çəkilmiş, 1000 kvt-luq transformator quraşdırılmış, 1,5 km-dən qaz xətti çəkilmiş, yolu asfaltlanmışdır.
Aqroparkın texniki təchizatını təmin etmək üçün 26 ədəd yeni texnika alınmış, 28 ədəd sifariş olunmuşdur.
Bu il aqroparkda 200 hektar sahədə buğda, 900 hektar sahədə arpa, 30 hektar sahədə bostan əkilmişdir. Düzgün aparılmış aqrotexniki qulluğun nəticəsində yüksək məhsuldarlıq əldə edilmişdir.
Aqroparkda suvarmada yeri dəyişdirilə bilən “pivot” suvarma sistemindən istifadə olunur.
Aqroparkda son tamamlanma işləri görülür və ərazidə abadlıq işləri aparılır. Hazırda aqroparkda 60 nəfər işləyir, aqropark tam gücü ilə işlədikdən sonra 250 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulmuşdur.

Keçidlər