Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmir rayonunda İdmanın Kross qaçışı növü üzrə rayon birinciliyi keçirildi

04 may 2013 | 15:00

Kürdəmir rayonunda  03 may 2013-ci il  tarixdə  Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş İdmanın Kross qaçışı növü üzrə  gənclər arasında rayon birinciliyi keçirildi.
Tədbir iştirakçıları ilk öncə Azadlıq meydanından Heydər Əliyev parkına doğru əllərində dövlət bayraqları və Yeni Azərbaycan Partiyasınln bayraqları ilə yürüş təşkil edərək  Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə  tər çiçəklər düzdülər.
Mərkəzi rayon stadionunda davam etdirilən yarışda rayonun  120 gənc idmançısı iştirak etdi.Sonda qalib gəlmiş İdmançıların təltif etmə  mərasimi təşkil olundu. Yarışın yekun nəticələrinə görə I yer- Elşad Məmmədov , II yer- Sarəddin Məmmədov, III yer-Cəfərov Natiq və Əliyev Hüseyn  layiq görüldülər.

Keçidlər