Şriftin ölçüsü :

Saytın rəngi :

Idman

Kürdəmir rayon Gənclər və İdman idarəsi 1995-cı ildən fəaliyyət göstərir. Kürdəmir Olimpiya İdman Kompleksinin açılışı 24 oktyabr 2008-ci il tarixdə Möhtərəm Prezidentimiz Cənab İlham Əliyev iştiraki ilə keşirilmiş və rayon idmançılarının istifadəsinə verilmişdir. Kompleksə idman zalı , müasir trenajorlarla təchiz olunmuş trenajor zalı, mini futbol, tennis, bosketbol meydançaları və üzgüçülük hovuzu daxildir. Rayonda “Mərkəzi” stadion, Uşaq Gənclər İdman Şahmat Məktəbi və ümumtəhsil məktəblərində 22 idman zalı var. Uşaq Gənclər İdman Şahmat Məktəbində şahmat, voleybol, futbol və yunan-roma güləşi bölmələri fəaliyyət göstərir.Bununla bərabər rayonda kinqboksinq, karate və stolüstuü tennis üzrə bölmələr bələdiyyənin “Toğrul” klubunda fəaliyyət göstərirlər. Rayon İdmançılarından Əliabbasov Əlisahib Veteranlar arasında idmanın yunan-roma güləşi növu dünya çempionatının 6-qat bürunc mükafatçısı,  Kürdəmir  Voleybol komandası 23-28 fevral 2018-ci il tarixlərdə İdman məktəblərinin IX açıq Respublika Oyunlarınin proqramına daxil olan Voleybol növü üzrə 2004-2005-ci il təvəllüdlü oğlanlar arasında zona yarışında II yerə layıq görülmüşlər. Kütləvi idman növlərindən olan futbol növü üzrə rayon yarışları ilə yanaşı AFFA tərəfindən Ağsu rayonunda keçirilən U10-U14 yarışların  hər  yaş qrupunda rayonun komandası mübarizə aparır. AFFA-nın 2017-ci ildə yaradılan Region Liqasında gənclərdən ibarət “Kürdəmir FK” klubuda 2 ildir ki mübarızə aparır və komandanın formalaşması üçün mütamadi olaraq kənd və məhəllə komandaları arasında yarışlar təşkil olunur. 2017-ci ilin may ayında “Şahin” Hərbi idman oyununun final mərhələsində rayon komandası II yerə layiq görülüb. 2017-ci ilin sentyabr ayında rayon güləş məktəbinin yetirməsi Qurban Qurbanov idmanın yunan-roma güləşi növu üzrə yeniyetmələrin dünya çempionatının qalibidir. İdmanın yunan-roma güləşi üzrə idmançılar Zamiq Kərimov və Yusif Kərimov Respublika səviyyəli yarışların qalibləridirlər. Rayonda dığər idman oyunlarıda inkişaf etdirilir . İdmanın Bədii gimnastika və Alpaqut Turan Döyuş növləri üzrə rayon idmançıları Respublika yarışlarında iştirak edirlər.
Rayon Gənclər və İdman İdarəsi Kürdəmir şəhərinin Bakı prospektindəki Gənclər evində yerləşir. Telefon (02025)5-52-18

 

Keçidlər