Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə indiyədək 4086 tondan çox pambıq yığılıb

17 oktyabr 2019 | 16:00

Kürdəmir rayonunda kütləvi pambıq yığımı davam edir və indiyədək 4086,31 ton məhsul toplanıb.
Cari mövsümdə 2809 hektar sahədə “ağ qızıl” yetişdirilib. İlk gündən yığıma mütəşəkkil hazırlıqla başlanılıb. Hazırda hər gün məhsul yığımına 2 min nəfərədək işçi qüvvəsi çıxır, tarlalardan orta hesabla 200 ton pambıq toplanır. Pambıq yığımına xeyli sayda kombayn da cəlb olunub.
Rayonun əksər ərazilərində, o cümlədən Muradxan, Carlı, Topalhəsənli, Şilyan, Ərəbqubalı, Qarasu və bir sıra digər ərazi vahidlərində bol məhsul yetişdirilib. Hər yerdə ağır zəhmət bahasına yetişdirilən “ağ qızıl”ın tez və itkisiz toplanması üçün ciddi səy göstərilir.

Keçidlər