Şriftin ölçüsü :

Saytın rəngi :

Ərəbxana kəndində səyyar qəbul keçirilib

27 sentyabr 2019 | 16:00

Sentyabrın 27-də Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun Ərəbxana kəndində səyyar qəbul-görüşü keçirilib.
Mollakənd kənd inzibati ərazi dairəsinə daxil olan Mollakənd, Türkədi, Çərtəyəz və Ərəbxana kənd sakinləri ilə keçirilən qəbulda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Qalib Əsgərov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər.
Qəbulu giriş nitqi ilə açan Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov vurğuladı ki, ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən rayon sakinləri  ilə yerlərdə görüşüb onların problemləri ilə yerindəcə maraqlanır və tədbirlər görürük. Biz ilk növbədə yerlərdə əhali ilə səyyar qəbullar zamanı qaldırılan təkliflərin qısa zaman kəsiyində həllinə çalışırıq. Rayon rəhbəri Ölkə Prezidentinin Sərəncam və tapşırıqlarına əsasən Kürdəmir rayonunda “Asan Xidmət” mərkəzinin, 563 məcburi köçkün ailəsi üçün yeni yaşayış kompleksinin, “Azərxalça” ASC-nin Kürdəmir filialı üçün binanın və digər sosial obyektlərin tikildiyini, kənd yollarının yenidən qurulduğunu söylədi.
Səyyar qəbulda iştirak edən kənd sakinləri çıxış edərək Ulu Öndər Heydər Əliyevin layiqli siyasi davamçısı Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin ölkə əhalisinə göstərmiş olduğu xüsusi diqqət və qayğılardan, eləcə də rayonumuzda geniş vüsət alan abadlıq-quruculuq işlərindən danışıblar.
Kənd  sakinlərinin  kənddə tibb məntəqəsinin olmamasından, istismar müddətini başa vurmuş naqil və dirəklərin dəyişdirilməsindən, sosial  müdafiə, Ərəbxana kəndi ərazisində internet şəbəkəsinin olmamasından, kəndarası yolların təmirindən, məşğulluq məsələləri və digər problemlərinin həllinə köməklik göstərilməsini xahiş ediblər. Bütün bunlar nəzərə alınaraq qaldırılan məsələlərin həll olunması üçün rayon İcra Hakimiyyətinin Başçısı yerindəcə aidiyyatı təşkilatların rəhbərlərinə göstəriş və tapşırıqlarını verib.
Görüşdə həmçinin bəzi sakinlər şəxsi xahişləri ilə İcra başçısına müraciət ediblər.
Sonda İcra başçısı görüşlərdə qaldırılan təkliflərin tezliklə həyata keçiriləcəyini söyləyərək cari məsələlərin həlli üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.

Keçidlər