Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə pambığın 80 faizinin kombaynlarla yığılması nəzərdə tutulub

25 sentyabr 2019 | 16:00

Kürdəmir, 25 sentyabr, AZƏRTAC

Kürdəmir rayonunda pambıq sahələrinə 9 ədəd kombayn çıxarılıb.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari mövsümdə 2809 hektarda pambıq yetişdirilib. Məhsulun 80 faizinin kombaynlarla yığılması nəzərdə tutulub və artıq bir neçə gündür ki, sahələrə 9 texnika çıxarılıb, daha 3 kombayn isə hazır vəziyyətdədir. Kombaynlar hazırda Muradxan, Sor-Sor, Mollakənd, Şilyan kənd ərazi dairələrindəki tarlalarda işləyir.

Qeyd edək ki, cari mövsümdə rayonda 5600 tondan çox pambıq istehsalı gözlənilir. Artıq az vaxtda 650 ton məhsul toplanılıb ki, bunun 237 tonu kombaynlarla yığılıb.

Keçidlər