Şriftin ölçüsü :

Saytın rəngi :

Ailə-fermer təsərrüfatının rəhbəri: Məhsul istehsalı artdıqca ailəmizin də gəliri çoxalır

23 sentyabr 2019 | 16:00

Kürdəmir, 23 sentyabr, AZƏRTAC

Kürdəmir rayonunun Qarasu kənd sakini Elxan Rəhimova məxsus ailə-fermer təsərrüfatı bölgədə ənənəvi sahə olan pambıqçılıqla məşğuldur.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ailənin 17 üzvü var. Ötən il 10 hektar sahədə pambıq əkən və qəbul məntəqəsinə 28,5 ton məhsul təhvil verən ailə-fermer təsərrüfatı cari ildə əkin sahəsini iki dəfə artırıb.

“Sahibkarlara göstərilən dövlət dəstəyi, Prezident İlham Əliyevin diqqət və qayğısı bizi əkin sahələrini ildən-ilə artırmağa ruhlandırır. Məhsul istehsalı artdıqca ailəmizin də gəliri çoxalır. Təkcə ötən il dövlətdən 2850 manat subsidiya almışıq. Satdığımız məhsula görə 18525 manat gəlir əldə etmişik. Bu il qazancımız yəqin ki, azı iki dəfə çox olacaq”, - deyə ailə-fermer təsərrüfatının sahibi Elxan Rəhimov bildirib.

Qeyd edək ki, ailə-fermer təsərrüfatında artıq bir neçə gündür məhsul yığımına başlanıb. Az vaxtda sahələrdən 26 tondan çox “ağ qızıl” toplanaraq qəbul məntəqəsinə təhvil verilib. Təsərrüfat rəhbəri cari mövsümdə hər hektardan azı 30 sentner məhsul əldə edəcəklərinə əmindir.

Keçidlər