Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə “İnsan alverinə qarşı mübarizə tədbirləri və miqraisya qanunvericiliyinə edilmiş son dəyişikliklər" mövzusunda maarifləndirmə tədbiri keçirilib

21 avqust 2019 | 16:00

Avqustun 21-də rayon icra hakimiyyətinin akt zalında Dövlət Miqrasiya Xidmətinin Ağsu Regional Miqrasiya İdarəsi tərəfindən  “İnsan alverinə qarşı mübarizə tədbirləri və miqraisya qanunvericiliyinə edilmiş son dəyişikliklər" mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Kürdəmir RİHB aparatının işçiləri, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının əməkdaşları, icra nümayəndələri və bələdiyyə sədrləri, sahibkarlar, rayon ictimaiyyətinin nümayəndələri, həmçinin əcnəbi və vətandaşlığı olmayan şəxslər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Kürdəmir RİH Başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Natiq Kərimov Dövlət Miqrasiya Xidmətinin keçirdiyi maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışmış, vətəndaş məmnunluğunun artırılması məqsədilə Xidmətin əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə daim yüksək səviyyədə xidmət göstərməsini qeyd edib.
Tədbirdə mövzu ilə bağlı tədbir iştirakçılarını maraqlandıran suallar qanunamüvafiq qaydada cavablandırılmış, həmçinin vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə səyyar xidmət təşkil edilib.

Keçidlər