Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmir şəhərinin küçələrinə asfalt örtüyü vurulur

05 avqust 2019 | 16:00

Kürdəmir şəhərinin küçə və məhəllədaxili yollarına asfalt örtüyü vurulur. Cari ildə Kürdəmir şəhərinin Aran qəsəbəsi ərazində 5 ədəd çoxmənzilli içtimai  yaşayış  binasının qarşısı və ara yolları asfaltlanaraq abadlaşdırılıb. Bundan əlavə şəhərin 5 küçəsinə asfalt örtüyü vurulub. İndiyədək şəhərin küçələrinə 13 min kv metrdən çox asfalt örtüyü döşənmiş, abadlıq işləri aparılmışdır.
Cari il də şəhərin 11 küçəsində 18 min kv.metrdən çox asfalt örtüyü vurulması nəzərdə tutulub.
İlin sonuna qədər şəhərin daha 3 küçəsinə asfalt örtüyünün vurulması planlaşdırılıb.

Keçidlər