Şriftin ölçüsü :

Saytın rəngi :

Karrar qəsəbəsində səyyar qəbul keçirilib

25 iyul 2019 | 16:00

İyulun 25-də Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun Karrar qəsəbə inzibati ərazi dairəsinə daxil olan Karrar qəsəbə, Muğanlı və Xınıslı kəndlərinin əhalisi ilə növbəti səyyar qəbulu keçirilib.
Qəbulda rayon icra hakimiyyətinin məsul işçiləri, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər.
Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov qəbulu giriş nitqi ilə açaraq bildirib ki, vətəndaşlarla keçirilən hər bir görüşdə qaldırılan problemlərin və verilən təkliflərin yerinə yetirilməsi üçün aidiyyəti qurumlar tərəfindən konkret və əməli tədbirlər görülür.
Səyyar qəbulda iştirak edən kənd sakinləri ölkə Prezidenti İlham Əliyevin ölkə əhalisinə xüsusi diqqət və qayğısından, eləcə də son illərdə rayonda, qəsəbə ərazi vahidliyində görülən işlər barədə danışıblar.
Qəbulda kənd sakinlərinin enerji və su təchizatı, sosial müdafiə, kənd təsərrüfatı, torpaq məsələləri və digər məsələlərin həlli ilə bağlı təklifləri və şikayətləri diqqətə çatdırıldı, onların hər biri barədə aidiyyatı təşkilatların rəhbərinə tapşırıqlar verildi, qaldırılmış məsələlərin çoxu elə qəbul zamanı öz həllini tapdı.
Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov görüşdə qaldırılan təkliflərin tezliklə həyata keçiriləcəyini əminliklə qeyd edərək, cari məsələlərin həlli üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.

Keçidlər