Şriftin ölçüsü :

Saytın rəngi :

Sovla kəndində səyyar qəbul-görüş keçirilib

10 iyul 2019 | 16:00

İyulun 10-da Kürdəmir  Rayon  İcra  Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun Köhünlü  kənd  inzibati  ərazi  dairəsinin  Şüşün,  Köhünlü,  Sovla, Qaramahmudlu və Söyüdlər kəndlərinin sakinləri ilə səyyar qəbul-görüşü keçirilib.
Sovla kənd tam orta məktəbində keçirilən görüşdə rayon icra hakimiyyətinin məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının,  idarə,  müəssisə  və  xidmət  təşkilatlarının  rəhbərləri  iştirak  ediblər.
Kənd sakinləri ilə görüşü giriş nitqi ilə açan Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov belə görüşlərin ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə rayonda mütəmadi olaraq keçirildiyini, vətəndaşların müraciətlərinə həssas münasibət göstərmək barədə tapşırıqların daim diqqət mərkəzində saxlanıldığını bildirdi. Son illər respublikamızda və rayonumuzda görülmüş işlər barədə geniş məlumat verən Ceyhun Cəfərov rayon  ərazisində  həyata  keçirilən layihələrdən danışdı.
Qəbulda kənd sakinləri kəndə gələn su kanalının əsaslı təmir olunmasından, kəndin zinə suyunu çıxaran kanalın təmizlənməsindən,Sovla kənd tam orta məktəbi üçün yeni binanın inşa olunmasından, həmçinin  kənddə yeni tibb məntəqəsinin inşasının zərurəti barədə müraciət ediblər.Bütün bunlar nəzərə alınaraq qaldırılan məsələlərin həll olunması üçün rayon İcra Hakimiyyətinin Başçısı yerindəcə  aidiyyatı  təşkilatların  rəhbərlərinə  göstəriş və tapşırıqlarını  verdi.
Kənd sakinləri öz çıxışlarında  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasətini yekdilliklə bəyəndiklərini, eləcə də Respublikamızda diqqəti cəlb edən sosial-iqtisadi inkişafdan böyük fəxr duyduqlarını dərin razılıq hissi ilə bildirmiş,  dövlət başçımızın Kürdəmir rayonuna göstərdiyi xüsusi diqqət  və  qayğını  yüksək  qiymətləndiriblər.
Sonda Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov qaldırılan məsələlərin operativ həll edilməsi ilə əlaqədar aidiyyatı üzrə xidmət təşkilat rəhbərlərinə müvafiq tapşırıqlarını verdi.

Keçidlər