Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə “Kənd təsərrüfatının inkişafında kooperativ təsərrüfatların rolu, yaradılması və faydaları” mövzusunda tədbir keçirilib

28 iyun 2019 | 16:00

İyunun 28-də rayonun Gənclər evində Kürdəmir Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "İdrak" Elmin İnkişafına Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Kənd təsərrüfatının inkişafında kooperativ təsərrüfatların rolu, yaradılması və faydaları” mövzusunda tədbir keçirilib.
Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Natiq Kərimov, “İdrak” Elmin İnkişafına Dəstək İctimai Birliyinin rəhbəri Mirintiqam Həsənov, “İdrak”  Elmin İnkişafına Dəstək İctimai Birliyinin əməkdaşları, rayonda fəaliyyət göstərən fermerlər və torpaq mülkiyyətçiləri iştirak ediblər.
Tədbiri Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Natiq Kərimov açaraq tədbir iştiraçılarını, qonaqları salamladı və rayonda kənd təsərrüfatının inkişafı istiqamətində görülmüş işlərdən danışdı.  
"İdrak" Elmin İnkişafına Dəstək İctimai Birliyinin sədri və layihə rəhbəri Mirintiqam Həsənov tədbiri giriş sözu ilə açaraq iştirakçılara layihə haqqında geniş məlumat verib.M.Həsənov əsas məqsədin kənd təsərrüfatının inkişafında kooperativ təsərrüfatların rolu,onun yaradılması və faydaları barədə əhalinin maarifləndirilməsi,onların hüquqi biliklər əldə etməsi və imkanların reallaşdırılmasına yardım etməkdir.
Layihənin eksperti Aqil Babayev öz çıxışında bildirdiki, layihənin məqsədlərindən biri ölkənin kənd təsərrüfatındakı əsas vəziyyəti araşdırmaqla perispektivlərin öyrənilməsi və inkişaf etmiş dövlətlərdə fəaliyyət göstərən kənd təsərrüfatı kooperasiyası modellərinin Azərbaycanın aqrar sahəsində işləmə mexaniziminin tətbiq edilməsi üçün müvafiq dövlət qurumlarına tövsiyyələr hazırlamaqdır.
Layihənin digər eksperti Fərid Vəlizadə kooperasiyaların mövcud vəziyyətindən danışaraq bildirmişdirki,kənd təsərrüfatı kooperativlərinin fəaliyyəti üçün ilkin hüquqi baza mövcud olsada aqrar sahədə kooperasiya zəif inkişaf etmişdir.Fermerlərin fərdiçiliyə üstünlük verməsi,kooperasiya hərəkatı üçün istehsalçıların təşəbbüskarlıq göstərməməsi,iqtisadi mexanizimlərin birgə təsərrüfatçılıq formasını yetərincə stimullaşdırmaması və bu sahədə pilot layihələrin həyta keçirilməməsi,torpaqların xırda hissələrə bölünərək pərakəndə yerləşməsi və sair səbəblər kənd təsərrüfatı kooperativlərinin inkişafını ləngitmişdir.
Daha sonra təqdim olunan layihə ətrafında müzakirələr keçirilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər