Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə “Son zəng” xüsusi coşqu ilə qeyd olunub

15 iyun 2019 | 16:00

Kürdəmir rayonunun ümumtəhsil məktəblərində “Son zəng” mərasimi xüsusi coşqu ilə keçirilib.

Bütün təhsil ocaqlarında, o cümlədən şəhər 6 nömrəli tam orta məktəbində keçirilən “Son zəng”də müəllimlər, valideynlər, təhsil şöbəsinin nümayəndələri iştirak ediblər. Çıxışlarda respublikamızda təhsilə göstərilən dövlət qayğısından, aparılan təhsil islahatlarından, Kürdəmirin ümumtəhsil məktəblərinin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində görülən işlərdən, qazanılan uğurlardan danışılıb, məzunlara gözəl gələcək arzulanıb.

Vurğulanıb ki, cari tədris ilində rayonda 953 şagird məzun adını qazanıb, onlardan 524 nəfəri ali təhsil ocaqlarına qəbul üçün sənəd verib. Bu il 1248 şagird birinci sinfi başa vurur və 1300 nəfərin isə birinci sinfə qəbulu nəzərdə tutulur.

Tədbirdə məzunlarla yanaşı birincilər də şeirlər söyləyib, kompozisiyalar nümayiş etdiriblər.

Keçidlər