Şriftin ölçüsü :

Saytın rəngi :

Sığırlı kəndində növbəti səyyar qəbul keçirilib

12 iyun 2019 | 16:00

İyunun 12-də  rayonun Sığırlı  kəndində  Kürdəmir  Rayon İcra  Hakimiyyətinin  Başçısı  Ceyhun  Cəfərovun  növbəti  səyyar qəbul-görüşü keçirilib.
Qəbulda rayon icra hakimiyyətinin, hüquq mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Görüşdə giriş nitqi ilə çıxış edən Kürdəmir  Rayon  İcra  Hakimiyyətinin  Başçısı   Ceyhun  Cəfərov  cənab Prezidentimiz İlham Əliyevin  tapşırığına  əsasən  icra  orqanlarının  rəhbərlərinin, dövlət  məmurlarının əhali  ilə  bilavasitə  yerlərdə  görüşlərinin  təşkil  olunmasını  çox  mühüm amil kimi yüksək qiymətləndirib.
Səyyar  qəbulda  sakinlərin  elektrik enerjisi, kəndarası yolların təmiri, torpaq məsələləri, təhsil, səhiyyə və digər məsələlərin həlli ilə əlaqədar təklifləri və  şikayətləri diqqətə çatdırılıb, onların  hər  biri  barədə aidiyyəti  təşkilatların  rəhbərinə tapşırıqlar verilib, qaldırılmış məsələlərin çoxu elə qəbul zamanı öz həllini tapıb.
Sonda sakinlər göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Keçidlər