Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Başçısı Milli Qəhrəman Zabit Quliyevin anasını ziyarət edib

22 may 2019 | 16:00

Mayın 22-də Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov Ukraynanın paytaxtı Kiyev şəhərində müalicə alan Milli Qəhrəmanımız Zabit Quliyevin anasını ziyarət edib. Rayonun Ərəbxana kəndində yaşayan Milli Qəhrəman Zabit Quliyevin ailəsi ilə çay süfrəsi ətrafında səmimi söhbət edən İcra Başçısı onların problemləri ilə maraqlanıb.
Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov bildirib ki, Ukraynanın paytaxtı Kiyev şəhərində insult keçirən Milli Qəhrəmanımız Zabit Quliyevin müalicəsi Azərbaycan Prezidenti cənab İlham Əliyevin birbaşa tapşırığı əsasında ciddi nəzarətə götürülüb. Dövlətimiz müalicə başa çatanadək yardımını əsirgəməyəcək. O vurğulayıb ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev şəhid ailələrinə, əlillərə, Qarabağ müharibəsi, 20 yanvar, Çernobıl iştirakçılarına, Milli Qəhrəmanlara, İkinci Dünya müharibəsi veteranlarına və ailələrinə, qaçqın və məcburi köçkünlərə daima böyük qayğı ilə yanaşır.
Milli Qəhrəman Zabit Quliyevin anası Məlahət Quliyeva göstərilən yüksək diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə təşəkkürünü bildirib.

Keçidlər