Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə 9 May - Qələbə Günü münasibətilə tədbir keçirilib

09 may 2019 | 16:00

Mayın 9-da  rayonun  Qələbə  parkında  İkinci  Dünya  müharibəsində  faşizm üzərində Qələbənin 74-cü ildönümü münasibətilə tədbir keçirilib.
Mərasimdə   Kürdəmir   Rayon   İcra   Hakimiyyətinin   Başçısı   Ceyhun  Cəfərov,  Böyük  Vətən  müharibəsi  veteranları,  hüquq-mühafizə  orqanlarının,    idarə ,  müəssisə   və    təşkilatların   rəhbərləri,    ağsaqqallar  və  ziyalılar,    rayon  ictimaiyyətinin  nümayəndələri  iştirak ediblər.
Tədbir iştirakçıları  əvvəlcə  İkinci Dünya  müharibəsində  həlak olmuş kürdəmirlilərin   xatirə   abidəsi  kompleksi  və  həmyerlimiz   Sovet  İttifaqı Qəhrəmanı Məmiş Abdullayevin büstü önünə tər çiçəklər düzdülər.
Tədbir  Kürdəmir  Rayon  Tarix  Diyarşünaslıq  Muzeyində bayram süfrəsində davam etdirildi.  Mərasimdə  Rayon  İcra  Hakimiyyətinin  Başçısı Ceyhun Cəfərov Böyük Vətən Müharibəsi veteranları ilə və Sovet İttifaqı Qəhrəmanı Məmiş Abdullayevin ailə üzvləri səmimi görüşərək onları Qələbə bayramı münasibətilə təbrik etdi,  hər birinə uzun ömür , can sağlığı arzuladı. Rayon rəhbəri veteranların istək və problemləri ilə maraqlandı, onların  arzu istəkləri yerindəcə həll olundu. Ceyhun Cəfərov Azərbaycan xalqının müharibə illərində göstərdiyi əzmkarlıq və qəhrəmanlıqlarından geniş söz açaraq Ulu Öndər Heydər Əliyevin  veteranların  sosial qayğılarını daim diqqət mərkəzində saxladığını, möhtərəm prezidentimiz cənab İlham Əliyevin bu yolu davam etdirərək Böyük Vətən müharibəsi iştirakçılarına göstərdiyi diqqət və qayğını xüsusi qeyd etdi.
Tədbirdə Böyük Vətən Müharibəsi veteranlarına Kürdəmir rayon İcra Hakimiyyəti Başçısı tərəfindən maddi yardımlar göstərildi.

Keçidlər