Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə Şahmat üzrə rayon birinciliyinə yekun vurulub

08 may 2019 | 16:00

Mayın 8-də Kürdəmir rayon Gənclər və İdman idarəsinin  təşkilatçılığı ilə rayonun  Uşaq  Gənclər  İdman  Şahmat  məktəbində  Ümummilli Lider Heydər Əliyevin   anadan  olmasının  96-cı  ildönümünə  həsr olunmuş  idmanın  şahmat növü üzrə rayon birinciliyinə yekun vurulub.
Birinciliyin mükafatlandırma mərasimində iştirak edən Kürdəmir rayon Gənclər və İdman İdarəsinin rəis müavini Qalib Baxşiyev bildirib ki, Heydər Əliyev Azərbaycana  rəhbərlik  etdiyi  uzun  illər  ərzində bədən tərbiyəsi və idmana xüsusi qayğını öz üzərinə götürdüyünü bütün ölkəyə bəyan etməklə təkcə həyatın bu mühüm tərkib hissəsinə necə böyük əhəmiyyət verdiyini bir daha diqqətə çatdırmadı, həm də bütün idman ictimaiyyətimizi ruhlandırdı, hamını problemlərin aradan qaldırılmasına, qarşıda duran mühüm vəzifələrin yerinə yetirilməsinə və beləliklə də, respublikamızın dünyanın idman mərkəzlərindən birinə çevrilməsi işinə səfərbər etmiş oldu. Görülmüş gərgin və məqsədyönlü işlərin nəticəsi, barı-bəhrəsi bu gün göz qabağındadır. Azərbaycan Respublikası bu gün öz tarixinin çox şərəfli, böyük irəliləyişlər, inkişaf və tərəqqi dövrünü yaşamaqdadır. Ulu öndərin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasət strategiyası bu gün onun layiqli varisi - Azərbaycan  Prezidenti  İlham Əliyev tərəfindən inamla davam etdirilir. Bu  qayğı  və  şəxsən  dövlət  başçısı  cənab  İlham Əliyevin diqqəti biz idmançıları yeni qələbələrə səsləyir.
Mayın 2-dən  start  götürən  yarışda rayonun ümumtəhsil məktədlərinin 76 oğlan və  qız   şahmatçısı  8-10 , 11-12  və  13-16  yaş  qruplarında   mübarizə aparıblar, 7 turdan ibarət olan turnirin yekun nəticələrinə görə 8-10 yaş qruplarında oğlanlarda  I yerə Baxışlı Elcan II yerə isə Şükurov Cahid , qızlarda I yerə Bağırova   Safura  II   yerə isə  Eminova Röya , 11-12 yaş  qruplarında  oğlanlarda I yerə Üzeyirzadə Elbəy II yerə isə  Müslümlü  Ayxan ,  qızlarda  I  yerə  Əzizova Aliyə  II yerə  isə  Vəliyeva  Gülxanım ,  13-16  yaş  qruplarında  oğlanlarda  I  yerə  Haqverdiyev  Adil  II  yerə  isə  Əzizov  Amil ,  qızlarda  I yerə  Məmmədova Cəmilə II yerə isə Məhərrəmova Güllü layiq görülüblər.
Birincilikdə  I-III yerləri  qazanan  şahmatçılar  Kürdəmir  rayon  Gənclər və İdman İdarəsinin diplom və medalları ilə təltif olunublar.

Keçidlər