Şriftin ölçüsü :

Saytın rəngi :

Ultramarafon Kürdəmirdə

06 may 2019 | 16:00

Mayın 6-da Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Bakı-Tbilisi Ultra Marafonu"nun iştirakçısı Yadigar Hüseynov Kürdəmirdə təntənəli  şəkildə  qarşılanıb.
Rayonun Bayraq Meydanında təşkil olunan qarşılanma mərasimində Kürdəmir Rayon İcra Hakimiyyətinin məsul işçiləri, YAP Kürdəmir rayon təşkilatının fəal üzvləri, rayon ictimaiyyətinin nümayəndələri və gənclər iştirak ediblər.
Ultra Marafonu"nun  iştirakçısı  Yadigar  Hüseynov  göstərilən  diqqət və xoş qarşılanmaya  görə  tədbir  iştirakçılarına və  rayon rəhbərliyinə minnətdarlığını  bildirib. Sonda  xatirə  şəkili  çəkdirilib.
"Regional İnkişaf" İctimai Birliyinin dəstəyi ilə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Bakı-Tbilisi Ultra Marafonu" həvəskar marafonçu Yadigar Hüseynovun iştirakı ilə keçirilir. Ultramarafonda 5-10 may tarixlərində ümumilikdə 544 km yol qət olunacaq. Dövlət Bayrağı Meydanından start götürən marafon Gürcüstanın Tbilisi şəhərində Heydər Əliyev parkında başa çatacaq.

Keçidlər