Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə "ASAN Xidmət" mərkəzi tikilir

29 aprel 2019 | 16:00

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 mart tarixli Sərəncamına əsasən inşa olunan Kürdəmir "ASAN Xidmət" mərkəzinin tikintisi davam etdirilir. İlin sonunadək istifadəyə verilməsi planlaşdırılan kompleksdə əsas işlər demək olar ki, yekunlaşıb. Burada uşaq əyləncə mərkəzləri ilə yanaşı, istirahət guşələri də fəaliyyət göstərəcək.
Hazırda “ASAN Xidmət” mərkəzində restoran, yeməkxana, çay evi və “ASAN Xidmət”in əsas binasında tikinti işləri başa çatdırılmış, daxili və xarici divarların üzlənməsinə və kommunikasiya xətlərinin montaj işlərinə başlanılıb.
Mərkəzdə 2 ədəd 170 tonluq su anbarı və qazanxana binası tikilib, TİR avtomobiləri üçün dayanacaq sahəsi çınqıl qarışığı verilməklə kipləşdirilib, yay talvarının metal konstruksiyasının montaj işləri aparılmışdır.

Keçidlər