Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə çiyid səpininə başlanılıb

12 aprel 2019 | 16:00

Kürdəmir rayonunda çiyid səpininə başlanılıb. Səpin aparılacaq təsərrüfatlarda sahələr vaxtında şumlanıb, arata qoyulub, malalanaraq hazır vəziyyətə gətirilib.
Cari mövsümdə 2800 hektardan çox sahədə əkin aparılması nəzərdə tutulur. Səpinə ciddi hazırlıq görülüb. Belə ki, pambıqçılıqla məşğul olan fermerlər və fiziki şəxslər əkin aparılacaq sahələrin vaxtında şumlanmasını, arata qoyulmasını və malalanaraq hazır vəziyyətə gətirilməsini təmin ediblər. Kifayət qədər toxum və gübrə tədarük olunub. Səpinə ilkin olaraq 6 səpin aqreqatı cəlb edilib.
Rayonda səpinə ilkin olaraq Carlı, Mehdili, Böyük Kəngərli, Yenikənd, Ərəbqubalı ərazi vahidlərində başlanılıb. Sahibkarlar bu mühüm kampaniyanın 15-20 iş günündə başa çatdırılması üçün bütün qüvvələrini səfərbər ediblər.

Keçidlər