Şriftin ölçüsü :

Saytın rəngi :

Torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş baş leytenant Əbu Bəkr İsmayılovun və gizir Tural Qurbanovun xatirəsinə həsr olunmuş idmanın Futbol növü üzrə rayon turnirinə start verilib

03 aprel 2019 | 16:00

Aprelin 3-də rayonun mərkəzi stadionunda torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş baş leytenant Əbu Bəkr İsmayılovun və gizir Tural Qurbanovun xatirəsinə həsr olunmuş idmanın futbol növü üzrə rayon turnirinə start verilib.
Yarışdan öncə rayonun bir qrup gənclərinin və idmançılarının iştiraki ilə Torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş baş leytenant Əbu Bəkr İsmayılovun barelyefi önündə anım mərasimi keçirilib . 
Torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş igid Azərbaycan oğullarının xatirələri bir dəqiqəlik sükutla yad olunmuşlar.
Mərasimdə iştirak edən Kürdəmir rayon Gənclər və İdman idarəsinin rəisi Süleyman Əhmədov və digər çıxışçılar bildiriblər ki, Aprel hadisələri Azərbaycan xalqının həmrəyliyini nümayiş etdirdi. Aprel döyüşləri Azərbaycan xalqının və Ordusunun tarixi ərazilərimiz olan Dağlıq Qarabağ və ətraf rayonların işğaldan azad edilməsi üçün hər cür fədakarlığa və hərbi qüdrətə hazır olduğunu düşmənlə yanaşı, bütün dünyaya sübut etdi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan Ordusunun Aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbçimizlə görüşdə deyib: "Biz şəhidlər də vermişik. Allah şəhidlərimizə rəhmət eləsin. Azərbaycan xalqı, Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq göstərib. Bizim bayrağımız bu gün Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının işğaldan azad edilmiş torpaqlarında dalğalanır. Azad edilmiş torpaqlarda olarkən Azərbaycan bayrağı altında mən bir daha demişdim ki, Azərbaycan xalqı və Azərbaycan dövləti öz torpağında ikinci erməni dövlətinin yaranmasına heç vaxt icazə verməyəcək. Aprel döyüşləri bizim şanlı tariximizdir. Aprel döyüşləri bizim tarixi qələbəmizdir. Bu qələbə münaqişənin həllini yaxınlaşdırır"
Anım mərasimindən sonra rayonun “Mərkəzi” stadionunda Torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş baş leytenant Əbu Bəkr İsmayılovun və gizir Tural Qurbanovun xatirəsinə həsr olunmuş idmanın Futbol növü üzrə rayon turnirinin ilk oyunu keçirilmişdir.
Rayonun   “Qarabağ”  və  “Qarasaqqal”  futbol  komandalari  arasında  gərgin  və  olduqca  maraqlı  keçən  oyun  2-1 hesabı ilə “Qarabağ" futbol komandasının qələbəsi ilə başa catmışdir.

Keçidlər