Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmir rayon Gigiyena və Epidemiologiya Mərkəzində Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

20 fevral 2019 | 16:00

Fevralın 20-də  Kürdəmir rayon Gigiyena və Epidemiologiya Mərkəzində rayonun səhiyyə işçilərinin  iştirakı ilə  Xocalı soyqırımına həsr olunan anım tədbiri keçirilib.
Tədbirdə  Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının müavini Vəsilə Əsgərli, Kürdəmir  rayon  Gigiyena  və  Epidemiologiya  Mərkəzinin  direktoru Kəmalə Abdurəhmanova və səhiyyə işçiləri iştirak ediblər.
Tədbir   iştirakçıları   əvvəlcə    faciə  qurbanlarının   əziz   xatirəsini  bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş sözü ilə açan Kürdəmir rayon Gigiyena və Epidemiologiya  Mərkəzinin direktoru Kəmalə Abdurəhmanova Xocalı faciəsinin törədilməsi səbəblərindən , tarixən  ermənilərin azərbaycanlılara və türklərə qarşı  törətmiş olduqları soyqırıma Ulu öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli fərmanı ilə siyasi qiymət verdiyindən, eləcədə ölkə başçısı cənab İlham Əliyevin bu sahədə apardığı uğurlu siyasətdən ətraflı sohbət açdı.
Tədbirdə çıxış edən Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının müavini Vəsilə Əsgərli Xocalı soyqırımının Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biri olduğunu söyləyib. Xocalı soyqırımına ilk dəfə hüquqi qiymətin Ümummilli Lider Heydər Əliyev tərəfindən verildiyini, 1994-cü il fevralın 24-də Ulu Öndərin imzaladığı Fərmanla həmin günün xalqımıza qarşı törədilmiş soyqırımı aktı kimi qeyd edilməyə başlandığını bildirib. Hazırda bu proses Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  uğurlu  xarici  siyasəti  nəticəsində  artıq  bir  sıra  beynəlxalq  təşkilatlar qəbul etdiyi sənədlərdə Ermənistan işğalçı dövlət kimi göstərilmişdir. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırımına  obyektiv qiymət verilməsi istiqamətində davamlı olaraq addımlar atılır. Bu  baxımdan, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın gördüyü işlər olduqca təqdirəlayiqdir.
Çıxış edənlər şəhidlərin qanının yerdə qalmayacağına, erməni quldurları tərəfindən işğal olunmuş torpaqlarımızın tezliklə geri qaytarılacağına əminliklərini bildiriblər.

Keçidlər