Şriftin ölçüsü :

Saytın rəngi :

Dondurma şumu pambıqçılıqda zəruri aqrotexniki tədbirdir

21 yanvar 2019 | 16:00

Kürdəmir, 21 yanvar, AZƏRTAC

Kürdəmir rayonunda pambıqçılıq kənd təsərrüfatının ənənəvi sahələrindəndir və hazırda hər yerdə gələcək yüksək məhsul üçün zəruri aqrotexniki tədbir olan dondurma şumu çıxarılır.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, artıq 2000 hektaradək sahədə dondurma şumu çıxarılıb və bu iş davam etdirilir. Hər gün sahələrdə 25-dən çox texnika işləyir. Daha çox pambıq əkiləcək Qarabucaq qəsəbəsi, Qarasaqqal, Muradxan, Ərəbqubalı və bir sıra digər ərazi vahidlərində bu iş sürətlə, daha mütəşəkkil aparılır.

Qeyd edək ki, cari mövsümdə rayonda 3000 hektardan çox sahədə pambıq əkilməsi nəzərdə tutulub. Hələlik pambıq əkiləcək 2500 hektardan çox sahə üzrə 142 nəfər sahibkarla müqavilələr imzalanıb. İndi dondurma şumu çıxarılan sahələrdə qış aratına başlanılıb.

Keçidlər