Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirin səhiyyə işçiləri 20 Yanvar faciəsi qurbanlarının xatirəsini anmışlar

17 yanvar 2019 | 16:00

Yanvarın 17-də  Kürdəmir   Mərkəzi  Rayon Xəstəxanasının Poliklinika şöbəsində  rayonun səhiyyə   işçilərinin  iştirakı  ilə  20 Yanvar   faciəsi şəhidlərinin əziz xatirəsinə həsr olunan anım tədbiri keçirilib.
Tədbirdə  Kürdəmir Rayon  İcra  Hakimiyyəti  Başçısının  müavini  Vəsilə  Əsgərli,  Kürdəmir  Mərkəzi  Rayon  Xəstəxanasının  Baş həkimi Eynulla Novruzov və səhiyyə işçiləri iştirak edibilər.
Tədbir     iştirakçıları    əvvəlcə    faciə   qurbanlarının    əziz    xatirəsini  bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri  giriş  sözü  ilə  açan  Kürdəmir  Mərkəzi  Rayon  Xəstəxanasının   Baş həkimi Eynulla Novruzov  20 Yanvar günü Azərbaycan xalqının  yaddaşında  qanlı  bir  səhifə  kimi  qalmaqla  bərabər, həm  də qürur günü kimi daxil olub. Qanlı Yanvar hadisələrinə yalnız Ümummilli Lider Heydər Əliyev Azərbaycanda yenidən siyasi rəhbərliyə qayıtdıqdan sonra tam siyasi hüquqi qiymət verilib, faciənin günahkarlarının adları açıq şəkildə bəyan edilib.
Tədbirdə çıxış edən Kürdəmir Rayon  İcra  Hakimiyyəti  Başçısının müavini Vəsilə Əsgərli 20 Yanvar günündə xalqın səsinə səs verən Ümummilli Lider Heydər Əliyev özünün və ailəsinin həyatını təhlükə qarşısında qoyaraq, hadisənin ertəsi günü Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək faciəni törədənləri, o vaxtkı SSRİ rəhbərliyinin cinayətkar əməllərini pisləyib, onları bu faciənin səbəbkarı kimi ittiham edib. Ulu Öndər xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəldikdən sonra 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı bir sıra mühüm qərarlar verib. Ümummilli Liderin bu siyasəti hazırda cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Çıxış edənlər 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun Bakıda törətdiyi vəhşilikləri Azərbaycan xalqının azadlıq arzularınının boğulması üçün həyata keçirilən terror aktı kimi qiymətləndirdilər.

Keçidlər