Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə payızlıq taxıl səpini başa çatıb

17 dekabr 2018 | 16:00

Kürdəmir, 17 dekabr, AZƏRTAC

Kürdəmir rayonunda gələn ilin məhsulu üçün payızlıq taxıl əkini kampaniyası başa çatıb və 45765 hektarda səpin aparılıb.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, yeni aqroparkların yaradılması, əkin üçün əlavə torpaq sahələrinin ayrılması nəticəsində taxıl əkini sahələri ötən ildəkindən 725 hektar çox olub. Əkin sahələrinin 16500 hektarı buğda, 29265 hektarı isə arpadır. Səpin kampaniyasına 150-dən çox texnika cəlb edilib. Rayonun daha çox taxıl əkilən Qarasu, Qarasaqqal, Muradxan, Ərəbqubalı, Mollakənd və bir sıra digər ərazi vahidlərində bu mühüm kampaniya daha mütəşəkkil aparılıb.

Qeyd edək ki, ilkin əkin aparılan ərazilərdə normal çıxış alınıb. Hazırda hər yerdə zərərvericilərə qarşı qabaqlayıcı tədbirlər görülür

Keçidlər