Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə Şahmat üzrə rayon turnirinə yekun vurulub

11 dekabr 2018 | 16:00

Dekabrın 10-da Kürdəmir rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Kürdəmir rayon Uşaq Gənclər İdman Şahmat Məktəbində Ümummilli Lider Heydər Əliyevin Anım gününə həsr olunmuş idmanın şahmat növü üzrə rayon turnirinə yekun vurulub.
Turnirin mükafatlandırma mərasimində iştirak edən Kürdəmir rayon Gənclər və İdman İdarəsinin rəisi Süleyman Əhmədov bildirdi ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi uzun illər ərzində bədən tərbiyəsi və idmana xüsusi qayğını öz üzərinə götürdüyünü bütün ölkəyə bəyan etməklə bütün idman ictimaiyyətimizi ruhlandırdı, hamını problemlərin aradan qaldırılmasına, qarşıda duran mühüm vəzifələrin yerinə yetirilməsinə və beləliklə də, respublikamızın dünyanın idman mərkəzlərindən birinə çevrilməsi işinə səfərbər etmiş oldu.
Görülmüş gərgin və məqsədyönlü işlərin nəticəsi, barı-bəhrəsi bu gün göz qabağındadır. Azərbaycan Respublikası bu gün öz tarixinin çox şərəfli, böyük irəliləyişlər, inkişaf və tərəqqi dövrünü yaşamaqdadır. Ulu öndərin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasət strategiyası bu gün onun layiqli varisi - Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən inamla davam etdirilir. Bu qayğı və şəxsən dövlət başçısı cənab İlham Əliyevin diqqəti biz idmançıları yeni qələbələrə səsləyir.
Dekabr ayının 5-dən start götürən yarışda rayonun ümumtəhsil məktədlərinin 115 oğlan və qız şahmatçısı 8-12 və 13-16 yaş qruplarında mübarizə aparıblar, 7 turdan ibarət olan turnirin yekun nəticələrinə görə 8-12 yaş qruplarında oğlanlarda I yerə Əzizov Amin, II yerə Üzeyirzadə Elbəy, III yerə isə Şükurov Cahid , qızlarda I yerə Həmidova Ofeliya, II yerə Məmmədova Aydan, III yerə isə Vəliyeva Gülxanım, 13-16 yaş qruplarında oğlanlarda I yerə Hacıyev Famil, II yerə Haqverdiyev Adil , III yerə isə İslamzadə Lətif , qızlarda I yerə Məmmədova Cəmilə II yerə Məhərrəmova Güllü III yerə isə Əliyeva Rəqsanə layiq görülüblər.
Turnirdə I-III yerləri qazanan şahmatçılar Kürdəmir rayon Gənclər və İdman İdarəsinin diplom və medalları ilə təltif olunublar.

Keçidlər