Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə Ulu Öndər Heydər Əliyevin Anım Günü münasibətilə tədbir keçirilib

10 dekabr 2018 | 16:00

Ümummilli  Lider  Heydər Əliyevin Anım Günü münasibətilə dekabrın 10-da Yeni Azərbaycan Partiyası  Kürdəmir rayon təşkilatının  Qadınlar Şurasının  tədbiri keçirilib.
        YAP Kürdəmir  rayon təşkilatının  qərargahında  keçirilən tədbirdə  YAP rayon təşkilatının sədri Ağali Kərimli, YAP rayon təşkilatının Qadınlar Şurasının  üzvləri, fəal qadınlar iştirak ediblər.
        Tədbir iştirakçıları əvvəlcə rayon təşkilatının qərargahında Ümummilli Lider Heydər Əliyevin büstünün önünə gül dəstələri düzərək Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.    
         Sonra  dəyirmi  masa   YAP rayon təşkilatının  akt  zalında öz işinə başladı.  Tədbir  iştirakçıları əvvəlcə  dahi şəxsiyyət, Ulu Öndərimiz Heydər Əliyevin nurlu və əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
       Tədbiri  giriş sözü ilə YAP rayon təşkilatı  Qadınlar Şurasının sədri  Sevda Hacıyeva açıb. O, bildirib ki, dekabrın 12-də müstəqil Azərbaycan Respublikasının banisi, Ümummilli Liderimiz Heydər Əliyevin vəfatından 15  il ötür.Tarixi şəxsiyyət olan Ulu Öndərimiz bütün həyatını dövlətçiliyimiz, xalqımızın bu günü və gələcəyi naminə həsr edərək güclü, sarsılmaz, qüdrətli bir dövləti – Azərbaycanı bizə ərmağan etdi. Heydər Əliyevin ölməz, əbədi xatirəsini xalqımız hər an yad edir və xatırlayır.
        Sevda Hacıyeva  qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycan qadınlarının həyatında inqilabi  bir dövr idi. 1969-cu ildən sonra Azərbaycan qadınları  yeni bir tarixi dövrə qədəm qoydular. İctimai həyatın bütün sahələrində Ulu Öndərin göstərişi ilə qadınların savadlanması, icimai həyatda fəallığı, xüsusilə işləyən qadınların iş şəraitinin yaxşılaşdırılması, onların əməyinə yüksək qiymət verilməsi, qızların oğlanlarla bərabər təhsil alması Azərbaycan qadınının bugünkü inkişafının təməlini qoydu.
           Ulu Öndərin 1993-cü ildə xalqın təkidli tələbi və tarixi zərurətdən doğan qayıdışı ilə yenə də Azərbaycan qadınlarını  müharibənin törətdiyi dəhşətlərdən, aclıq və səfalətdən xilas etdi.Ulu Öndər xilaskar missiyası ilə Azərbaycan qadınlarının milli-mənəvi və əxlaqi dəyərlərini, analıq şərəfini özünə qaytardı və Azərbaycan qadınına bu qloballaşan dünyamızda özünü təsdiq etmək və imkanlarını inkişaf etdirmək reallığı verdi.
           Tədbirdə rayon  YAP  rayon təşkilatının idarə heyəti üzvü, şəhər 6 saylı tam orta məktəbin  direktoru,Əməkdar müəllim  Elmira Şıxəliyeva,   Heydər Əliyev Mərkəzinin direktoru, rayon təşkilatının idarə heyəti  üzvü  Dürriyə Seyidova , rayon təşkilatının  Qadınlar Şurasının idarə heyəti üzvü, Uşaq – İncəsənət məktəbinin direktoru Qəndaf Zülfüqarova   çıxış ediblər. Çıxışlarda  Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası, müstəqil Azərbaycan quruculuğu yolundakı şərəfli mübarizəsi, bütün dünya tərəfindən qəbul edilən böyük siyasətçi və liderlik titulları barədə geniş fikirlər söyləyiblər. Natiqlər  Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu dövrlərdə Azərbaycan qadınlarının ictimai fəallığının artdığını, elmdə, təhsildə, səhiyyədə, mədəniyyətdə , iqtisadiyyatda, kənd təsərrüfatında  qadınların  böyük uğurlara imza atdıqlarını qeyd etdilər. Onu da qeyd etdilər ki, bütün bu uğurların, icimai fəallığın arxasında Heydər Əliyev qayğısı, Azərbaycan dövlətinə məhəbbət və Azərbaycan qadınına hörmət və qayğıkeşlik dayanırdı.
         Sonda YAP Kürdəmir rayon təşkilatının sədri Ağali Kərimli   çıxış edərək  bildirir  ki, bütün varlığı ilə Azərbaycana və azərbaycançılığa xidmət edən dahi rəhbərimiz əbədiyyətə qovuşmağı ilə də xalqımızı birləşdirdi. Öz ideyaları ətrafında xalqımızı birləşdirən Ümumilli Lider  Heydər Əliyevin müqəddəs ruhu bu gün bizi bütövləşdirir və mətinləşdirir. Bu gün Ümummilli Lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan  inkişaf  edərək yeni-yeni uğurlara imza atır.

Keçidlər