Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə Beynəlxalq Əlillər Günü qeyd edilib

03 dekabr 2018 | 16:00

Dekabrın 3-də rayonun “Nicat Plaza”  sarayında  Kürdəmir  Rayon  İcra Hakimiyyətinin,  Əmək   və  Əhalinin  Sosial  Müdafiəsi  Nazirliyi  yanında  Dövlət  Sosial  Müdafiə  Fondunun  Kürdəmir  rayon  şöbəsinin  birgə  təşkilatçılığı  ilə Beynəlxalq Əlillər Gününə həsr olunan tədbir keçirilib.
Tədbirdə Kürdəmir Rayon İcra Hakmiyyəti Başçısının  müavini Vəsilə Əsgərli, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondunun  Kürdəmir  rayon  şöbəsinin  və Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Kürdəmir rayon bölməsinin əməkdaşları, əlil şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər. 
Tədbir Dövlət himninin səsləndirilməsi ilə başladı.Torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Bayram tədbirini giriş sözü ilə açan Qarabağ Müharibəsi Əlilləri, Veteranları  və  Şəhid  Ailələri   İctimai  Birliyinin  Kürdəmir  rayon  bölməsinin sədri  Fərəc  Dadaşov  əlillərin  sosial  həyatının  daha  təminatlı  olması  üçün həyata keçirilən tədbirlərdən danışdı. Fərəc Dadaşov çıxış etmək üçün sözü  Kürdəmir Rayon İcra Hakmiyyəti Başçısının  müavini Vəsilə Əsgərliyə verdi.
Kürdəmir Rayon İcra Hakmiyyəti Başçısının  müavini Vəsilə Əsgərli çıxış edərək əlillərin dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunduğunu diqqətə çatdırdı.
Bayram tədbirində Əmək   və  Əhalinin  Sosial  Müdafiəsi  Nazirliyi  yanında  Dövlət  Sosial  Müdafiə  Fondunun  Kürdəmir  rayon  şöbəsinin müdiri Elçin Abasov , Əmək qəhrəmanı Sevil Osmanova çıxış etdilər.
Daha sonra Qarabağ Müharibəsi Əlilləri Kənan Zülfüqarov, Rəhman Dəmirov, Elsəvər Məcidov və başqaları çıxış  edərək  ölkəmizdə  əlillərə  göstərilən diqqət və qayğıya görə rayon rəhbərliyinə və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiridilər.
Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində yaşayan 60 əlilə pul yardımı verildi.
Bayram tədbirində rayon incəsənət ustalarının ifasında səsləndirilən mahnılar iştirakçılar tərəfindən alqışlarla qarşılandı.

Keçidlər