Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə 30 min tut tingi əkilib

23 noyabr 2018 | 16:00

Baramaçılığın  yem  bazasının  möhkəmləndirilməsi  məqsədilə  bu ilin  payız  mövsümündə  Kürdəmir  rayonunun  ərazisində  165000 ədəd tut tingi əkiləcək.
Tinglər  kümçülərə pulsuz paylanılır.  Bu tinglərdən yetişən ağacların məhsuldarlığı 3-4 ildən sonra 50-60 faizə çatır.
Rayon  ərazisində  yeni  tut  bağlarının  salınması  məqsədilə  bu  ilin  payız mövsümündə  110  min  ədəd  yerli  və  55  min  ədəd  Çin  Xalq  Respublikasından gətirilmiş tut tingləri əkiləcək. Bununla da Kürdəmir rayonunun ərazisində  300  minə  yaxın tut tingi əkiləcək. Rayon ərazsində bu il  30 min  tut tingi əkilib, əkin işləri davam etdirilir.

Keçidlər