Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə Dövlət Bayrağı Günü təntənə ilə qeyd olunub

08 noyabr 2018 | 16:00

Noyabrın 8-də Kürdəmir rayonunda  Dövlət Bayrağı Günü münasibətilə ümumrayon tədbiri keçirilib. Bayraq meydanında təşkil olunan tədbirdə rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, ağsaqqallar və ziyalılar, rayon ərazisində yerləşən “N” saylı hərbi hissənin əsgər və zabitləri, əmək kollektivlərinin nümayəndələri, təhsil, səhiyyə, mədəniyyət işçiləri və gənclər iştirak ediblər.
Tədbirdə çıxış edən Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov əlamətdar gün münasibətilə iştirakçıları təbrik edib, Azərbaycan bayrağının yaranma tarixindən danışıb.O, vurğulayıb ki, çox keçməz, üçrəngli bayrağımız Qarabağımızda dalğalanacaq.
Mərasimdə şəhər 6 nömrəli tam orta məktəbin şagirdlərinin hazırladıqları “Bayrağımız qürur mənbəyimizdir” adlı kompozisiya təqdim olunub.
Tədbir rayon incəsənət ustalarının konsert proqramı ilə davam edib.
Həmin gün rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə 50-dən artıq həvəskar velosipedçilərin iştirakı ilə veloyürüş keçirilib, məktəblilərin əl işlərindən ibarət sərgi təqdim edilib.

Keçidlər