Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə məktəblilər arasına inşa yazı müsabiqəsi keçirilib

30 oktyabr 2018 | 16:00

Kürdəmir  rayonunda  məktəblilər arasında “Azərbaycan Xalq Cümhuryyətinin  100  illik  yubileyinə”  həsr  olunan  “Bir  kərə yüksələn bayraq bir daha enməz” mövzusunda inşa yazı müsabiqəsi keçirilib. Gənclər evində keçirilən inşa yazı  müsabiqəsində  rayonun  ümümtəhsil  məktəblərinin  VIII-XI sinif  şagirdləri  iştirak  ediblər.
Müsabiqədə 50 nəfər məktəbli iştirak edib. Münsiflər tərəfindən yoxlanılan inşa yazılarının nəticələrinə görə şəhər 1 saylı tam orta məktəbinin şagirdi Quliyeva Nərmin I yerə, şəhər 3 saylı tam orta məktəbin şagirdi Sirəliyeva Dəniz II yerə, Köhnəbazar kənd tam orta məktəbin şagirdi Umudova Güləndam və şəhər 4 saylı tam orta məktəbinin şagirdi Əzizova Fidan III yerə layiq görülüblər.
Müsabiqənin qalibləri Kürdəmir rayon Gənclər İdarəsi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıb.

 

Keçidlər