Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə məktəblilər arasında “Sərrast atıcı” yarışı kecirilib

22 oktyabr 2018 | 16:00

  Oktyabrın 22-də Gənclər evində Kürdəmir rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında  tir  atıcılığı üzrə “Sərrast atıcı” yarışı keçirilib.
Yarışda rayonun 25 ümumtəhsil komandasının şagirdləri iştirak edib. Yarışdan öncə Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olundu. Tədbirdə çıxış edən Kürdəmir rayon Gənclər və idman idarəsinin rəis müavinı Qalib Baxşiyev bildirib ki, belə yarışların keçirilməsində əsas məqsədi gənclərlə vətənpərvərlik və vətəndaşlıq sahəsində aparılan işlərin səmərəsinin artırılması və məktəblərdə gənclərin  çağırışaqədərki  hazırlığı  fənninin  tədrisi  səviyyəsinin yüksəldilməsidir.
Yarışda  məktəblilər  şəxsi  və  komanda birinciliyi uğrunda yarışmışdılar. Komanda birinciliyində  şəhər  4  saylı  tam  orta məktəbi I yerə, Atakişili kənd tam orta məktəbi II yerə , şəhər 6 saylı tam orta  məktəbinin  komandası III yerə layiq görüldülər. Şəxsi  birincilik  üzrə  sərast  atıcıliqları ilə fərqlənən şəhər 1 saylı tam  orta  məktəbin  şagirdi  Cəfərzadə Aqşin I yeri, şəhər 4 saylı tam orta məktəbin şagırdi  Əhmədov Ağasəməd  II yeri  və  şəhər  6  saylı tam orta məktəbin şagırdi İskəndərov Adəm III yer qazanıblar.
Qaliblər  Kürdəmir  rayon Gənclər və İdman İdarəsinin Kubok, diplom və medalları ilə təltif edilib.

Keçidlər