Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə şahmat üzrə böyüklər arasında rayon turniri keçirilib

03 oktyabr 2018 | 16:00

Oktyabrın 3-də  rayonun Uşaq Gənclər İdman Şahmat məktəbində şahmat üzrə böyuklər arasında rayon turniri keçirilib.
Kürdəmir rayon Gənclər və İdman idarəsinin tədbirlər planına uygun olaraq keçirilən yarışda 34 şahmatçı iştirak edib . Yarış Azərbaycan Şahmat Federasiyasınin qaydalıarına əsasən isveçrə sistemi üzrə 5 turdan ibarət olaraq keçirilib.
Yarışa Kürdəmir rayon Uşaq Gənclər İdman Şahmat məktəbinin müəllimlərindən  təşkil olunan hakimlər heyyəti rəhbərlik ediblər. Gərgin  idman  mübarizəsi  şəraitində  keçirilmiş  yarışda  I  yerə Əkilam Mənsimov, II yerə Rəşad İsgəndərov, III yerə isə Kənan Qasımov və Sahib Mikayılov layiq görülüblər.
Turnirin mükafatlandırma mərasimində iştirak edən Kürdəmir rayon Gənclər və İdman İdarəsinin rəis müavini Qalib Baxşiyev bildirib ki, Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi uzun illər ərzində bədən tərbiyəsi və idmana xüsusi qayğını öz üzərinə götürdüyünü bütün ölkəyə bəyan etməklə təkcə həyatın bu mühüm tərkib hissəsinə necə böyük əhəmiyyət verdiyini bir daha diqqətə çatdırmadı, həm də bütün idman ictimaiyyətimizi ruhlandırdı, hamını problemlərin aradan qaldırılmasına, qarşıda duran mühüm vəzifələrin yerinə yetirilməsinə və beləliklə də, respublikamızın dünyanın idman mərkəzlərindən birinə çevrilməsi işinə səfərbər etmiş oldu. Görülmüş gərgin və məqsədyönlü işlərin nəticəsi, barı-bəhrəsi bu gün göz qabağındadır. Azərbaycan Respublikası bu gün öz tarixinin çox şərəfli, böyük irəliləyişlər, inkişaf və tərəqqi dövrünü yaşamaqdadır. Ulu öndərin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasət strategiyası bu gün onun layiqli varisi - Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən inamla davam etdirilir. Bu qayğı və şəxsən dövlət başçısı cənab İlham Əliyevin diqqəti biz idmançıları yeni qələbələrə səsləyir.
Turnirdə I-III yerləri qazanan şahmatçılar Kürdəmir rayon Gənclər və İdman İdarəsinin hədiyyə və diplomları ilə təltif olunublar.

 

Keçidlər