Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə pambıqyığan maşınlar tarlalara çıxarılıb

27 sentyabr 2018 | 16:00

Kürdəmirdə kütləvi pambıq yığımı kampaniyası davam edir. Artıq məhsul toplanışına pambıqyığan maşınlar da cəlb olunur. İndiyədək tarlalardan 1165 tondan çox pambıq yığılaraq qəbul məntəqələrinə təhvil verilib.
Qeyd edək ki, builki mövsümdə rayonda 5030 hektarda pambıq yetişdirilib. Sahələrin yarıdan çoxu maşınlarla yığılacaq. Bu məqsədlə 12 pambıqyığan kombayndan istifadə olunur.
“Ağ qızıl”ın tez və itkisiz yığılması üçün rayonda bütün qüvvələr səfərbər olunub. Məhsul toplanışına 1800 nəfərdən çox işçi qüvvə cəlb edilib.

Keçidlər