Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmir pambıqçıları məhsul yığımına başlayıblar

11 sentyabr 2018 | 16:00

Kürdəmir rayonunda kütləvi pambıq yığımına başlanılıb və qısa vaxtda 100 tona yaxın “ağ qızıl” toplanıb, bundan 65 tondan çoxu qəbul məntəqələrinə təhvil verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, məhsul yığımına 600 nəfərədək işçi qüvvəsi cəlb olunub. Hazırda yığım kampaniyası sürətlə davam edir. Muradxan, Mehdili, Karrar kənd, Qocalı, Qarasaqqal, Carlı, Şilyan, Ərəbqubalı, Qarasu və bir sıra digər ərazi vahidlərində tarlalardan bol məhsul gözlənilir.

Qeyd edək ki, bu il rayonda 5030 hektarda pambıq yetişdirilib. Sahələrin 3500 hektarında məhsul maşınlarla yığılacaq. Yığımda 12 pambıqyığan maşının qüvvəsindən istifadə olunacaq. Pambıqyığan maşınlardan 4-ü “MKT-İK” MMC-yə, 8-i isə “Kürdəmir Kənd təsərrüfatı” MMC-yə məxsus tarlalarda işləyəcək.

 

Keçidlər