Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə idmanın futbol növü üzrə yeniyetmələr arasında rayon turniri keçirilib

20 iyul 2018 | 16:00

        İyul ayının 12-dən 20-si tarixinədək Kürdəmir Olimpiya İdman kompleksində 26 iyul Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaradılması gününə həsr olunan idmanın futbol növü üzrə yeniyetmələr arasında rayon turniri keçirilib.
Final  oyununda  iştirak  edən  Kürdəmir  rayon  Gənclər  və  İdman  İdarəsinin  rəis  müavini  Qalib  Baxşiyev  tədbir  işitirakçılarını  bayram  münasibəti  ilə təbrik etdi . O  öz cıxışında bildirdi ki, 26 iyul Azərbaycan Respublikası Gənclər və   İdman  Nazirliyinin   yaranma   günüdür.  Ümummilli  Lider  Heydər  Əliyevin 26   iyul   1994-cü  il  tarixli,  179  saylı  fərmanı  ilə  Azərbaycan  Respublikası Gənclər və İdman Nazirliyi yaradılıb.
1996-cı  ildə   müstəqil  Azərbaycan  gənclərinin  ilk  ümumrespublika  forumunun keçirilməsi, 1997-ci ildə 2 fevralın Azərbaycan Gəncləri Günü elan edilməsi, Gənclər və İdman siyasəti sahəsində çoxsaylı Dövlət proqramlarının qəbulu Ulu Öndər Heydər Əliyevin gənclərə böyük qayğısının sübutudur.
Azərbaycan Prezidenti İlham Əliyevin gəncləri cəmiyyətin aparıcı qüvvəsinə çevirmək, onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədilə təsdiqlədiyi Dövlət proqramları uğurla həyata keçirilir. Dövlət quruculuğunda gənclərin artan rolu, onların mənəvi inkişafı, vətənpərvərlik ruhunda tərbiyəsi, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil alması, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli, gənclər təşkilatlarının formalaşdırılması və inkişafı üçün yaradılmış şərait bu diqqət və qayğının nəticəsidir. Bölgələrdə Olimpiya komplekslərinin  açılması, Azərbaycanın  nüfuzlu  beynəlxalq  idman yarışlarına ev sahibliyi etməsi, idmançılarımızın Olimpiadalarda, dünya çempionatlarında uğurla çıxış etməsi buna əyani sübutdur.
Yarış  Beynalxalq  Futbol  Federasiyasının müəyyən etdiyi qaydalara əsasən dairəvi sistem üzrə keçirilib.Yarışda 80 yaxın yeniyetmə iştirak etmişdir. Turnirdə iştirak edən komandalar qrup , yarimfinal və final mərhələlərində öz güclərini sınamışlar. Turnirdə  keçirilmiş  oyunların  nəticələrinə  görə  I  yeri  “Kürdəmir” futbol  komandası, II yeri  “Qarabağ” futbol  komandası,  III  yeri  isə  “Sünbül” futbol komandası qazanıblar.
Yarışda qalib gələn komandalar Kürdəmir rayon Gənclər və İdman İdarəsi tərəfindən  diplom  və medallar  ilə  mükafatlandırılıblar.

Keçidlər