Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan ordusunun 100 illiyinə həsr olunmuş İdmanın Futbol növü üzrə rayon çempionatına yekun vurulub.

27 iyun 2018 | 16:00

Azərbaycan ordusunun 100 illiyinə həsr olunmuş İdmanın Futbol növü üzrə rayon çempionatına yekun vurulub.İyun ayınin 25-də Kürdəmir rayonunun “Mərkəzi” stadionunda Azərbaycan ordusunun 100 illiyinə həsr olunmuş rayonun həvəskar komandaları arasında İdmanın Futbol növü üzrə rayon çempionatının final oyunu keçirilib.Kürdəmir rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə keçirilən yarışda rayonun 8 futbol komandaları iştirak ediblər. İyun ayının 4-dən start götürənçempionatda komandalar qrup , yarımfinal və final mərhələsində yarışıblar. Gərgin idman mübarizəsi ilə keçən yarışın oyunların nəticələrinə görə final oyununa vəsiqə qazanmış Köhünlü FK və Kürdəmir FK komandaları iştirak edirdilər. Komandalar har ikisi əzimkar və baximli oyun göstərsələrdə oyunda sevinən tərəf Kürdəmir FK komandası olub. Oyun 2-1 Kürdəmir FK komandasının qələbəsi ilə başa çatıb.Oyunların nəticələrinə görə I yerə Kürdəmir futbol komandası, II yerə Köhünlü futbol komandası və III yerə Muradxan futbol komandası layiq görülüblər.Yarışda fərqlənən idmançılar və qalib gələn komandalar rayon Gənclər və İdman idarəsi tərəfindən kubok və diplomlarla mükafatlandırılıblar.

Keçidlər