Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə “Milli Qurtuluş Günü” münasibətilə tədbir keçirilib

07 iyun 2018 | 16:00

İyunun 7-də   “Milli Qurtuluş Günü” münasibətilə  YAP Kürdəmir rayon təşkilatı  Gənclər Birliyi rayon təşkilatının qərargahında  “Daim zirvədə olan böyük şəxsiyyət” mövzusunda dəyirmi masa keçirilib.
        Öncə dəyirmi masa iştirakçıları rayon təşkilatının qərargahında yerləşən Ulu Öndər Heydər Əliyevin büstü önünə gül-çiçək dəstələri düzüblər.
        Dəyirmi masada  rayon təşkilatının Gənclər Birliyinin Şura üzvləri,fəal gənclər iştirak ediblər.
        YAP Kürdəmir rayon təşkilatının   akt   zalında  keçirilən tədbirdə  Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
        Tədbiri giriş sözü ilə açan YAP Kürdəmir rayon təşkilatının sədri  Ağali Kərimli tarixi bayram münasibətilə tədbir iştitrakçılarını  təbrik etmiş, Milli Qurtuluş Gününün Azərbaycan tarixində tutduğu yerdən danışaraq bildirmişdir ki, 1993-cü ilin 15 iyunu, həqiqətən, Azərbaycan xalqı üçün çox əlamətdar sayılan və böyük tarixi-siyasi əhəmiyyət kəsb edən bir gündür. “Məhz bu gün xalqımız öz böyük oğlu, Ulu Öndərimiz Heydər Əliyevin siyasi uzaqgörənliyi və fədakarlığı sayəsində vətəndaş müharibəsi təhlükəsindən xilas olmuş və əsil milli dövlət quruculuğu prosesinə başlamışdır.Xalqımızın ən yeni tarixinə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyunundan 25 il keçir. Bu zaman ərzində müstəqil Azərbaycanda həyatımızın bütün sahələrində böyük uğurlar, nailiyyətlər qazanılmışdır.”Ağali Kərimli qeyd etmişdir ki, hakimiyyətə qayıtdıqdan sonra həyata keçirdiyi islahatlar, yeritdiyi siyasət nəticəsində Azərbaycanı bütün dünyaya tanıdan Ümummilli Lider xalqımızın öz seçimində yanılmadığını sübut etdi. Sevindirici haldır ki, Dahi Öndərin əsasını qoyduğu ideyalar bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, Azərbaycan xalqı onun rəhbərliyi altında xoşbəxt gələcəyə doğru qətiyyətlə addımlayır.
      Tədbirdə  YAP  rayon təşkilatının şura üzvü  Xəyyam Məlikov, Gənclər Birliyinin sədr müavini Elnur Məmmədli, Gənclər Birliyinin şura üzvü Samir Şükürov çıxış ediblər.Natiqlər Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasından, müstəqil Azərbaycan quruculuğu yolundakı şərəfli mübarizədən, bütün dünya tərəfindən qəbul edilən böyük siyasətçi və liderlik titullarından danışmışlar. Şərəf  tariximiz olan “Milli Qurtuluş Günü”nün qazanılmasından ötən 25 il ərzində ölkəmizdə gedən sosial-iqtisadi yüksəlişdən iftixarla danışan çıxışçılar möhtərəm Prezidentimiz İlham Əliyevin Azərbaycan dövlətçiliyi tarixindəki əvəzsiz xidmətlərini diqqətə çatdırmış, xüsusilə vurğulamışlar ki, bu gün  Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu davam etdirən Prezident İlham Əliyev dövlətimizi dünya birinciləri sırasına çıxarmışdır. Onlar gənclərimizin bu sabitlikdən, əmin-amanlıqdan bəhrələnərək ölkəmizin uğurlu gələcəyi naminə çalışacaqlarını qeyd etmişlər.
        Sonda YAP Kürdəmir rayon təşkilatının sədri Ağali Kərimli tədbirin işinə yekun vurmuş və  tədbir iştirakçılarını Milli Qurtuluş Günü ilə əlaqədar keçiriləcək silsilə tədbirlərdə  fəal   iştirak etməyə dəvət etmişdir.

  
 

Keçidlər