Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun Qaramahmudlu kəndində səyyar görüş-qəbul keçirilib

07 iyun 2018 | 16:00

 İyunun 7-də  Kürdəmir  Rayon  İcra  Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun  Köhünlü  kənd  inzibati  ərazi  dairəsinin  Şüşün,  Köhünlü,  Sovla, Qaramahmudlu və Söyüdlər kəndlərinin sakinləri ilə səyyar görüş-qəbulu keçirilib.
Qaramahmudlu kənd ümumi orta məktəbində keçirilən görüşdə rayon icra hakimiyyətinin məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının,  idarə,  müəssisə  və  xidmət  təşkilatlarının  rəhbərləri  iştirak  ediblər.
Görüşdə iştirak edən kənd sakinləri  Mirbəşir Tağıyev, Nazim Qarayev, Ağamməd Gülməmmədov, Arif Qarayev  və başqaları çıxış edərək kəndə gələn yolun təmir olunmasından, taxıl sahələrinin biçinin həyata keçirilməsi üçün əlavə kombaynlarla təmin edilməsindən,  həmçinin  kənddə yeni tibb məntəqəsinin inşasının zərurəti barədə müraciət ediblər. Bütün bunlar nəzərə alınaraq qaldırılan məsələlərin həll olunması üçün rayon İcra Hakimiyyətinin Başçısı yerindəcə  aidiyyatı  təşkilatların  rəhbərlərinə  göstəriş və tapşırıqlarını  verdi.
Kənd sakinləri öz çıxışlarında  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasətini yekdilliklə bəyəndiklərini, eləcə də Respublikamızda diqqəti cəlb edən sosial-iqtisadi inkişafdan böyük fəxr duyduqlarını dərin razılıq hissi ilə bildirmiş,  dövlət başçımızın Kürdəmir rayonuna göstərdiyi xüsusi diqqət  və  qayğını  yüksək  qiymətləndiriblər.
Sonda Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov qaldırılan məsələlərin operativ həll edilməsi ilə əlaqədar aidiyyatı üzrə xidmət təşkilat rəhbərlərinə müvafiq tapşırıqlarını verdi.

Keçidlər