Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə pambığın kompleks becərilməsi işləri uğurla aparılır

06 iyun 2018 | 16:00

Kürdəmir rayonunun Bağman kənd sakini Vidadi Pirişova məxsus ailə fermer təsərrüfatında cari mövsümdə 17 hektar sahədə pambıq becərilir. Ötən mövsümdə 13 hektar sahədə pambıq yetişdirən ailə 33 ton məhsul təhvil verib ki, bu da hər hektara 25,5 sentener məhsul deməkdir.
Təsərrüfatın başçısı Vidadi Pirişov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aqrar sektorda aparılan islahatlar, fermerlərə göstərilən dəstək ənənəvi sahə olan pambıqçılığın inkişafına gözəl şərait yaradıb. Bu mövsümdə də əkin aparılan sahələrdə yüksək aqrotexniki tədbirlər həyata keçirilir və pambığın birinci kompleks becərilməsi başa çatdırılıb. Vidadi Pirişov vurğulayıb ki, ötən il əldə etdikləri  uğurlara görə Kürdəmir rayon İcra Hakimiyyəti Başçısı tərəfindən fəxri fərmanın təqdim edilməsi ailəni bu işdə daha da həvəsləndirib. Cari ildə ailə hər hektardan azı 35 sentner məhsul götürmək əzmindədir.
Kürdəmirli fermer bildirib ki, pambıqçılıq böyük zəhmət tələb edən sahədir. “Əldə etdiyimiz təcrübə, dövlət dəstəyi və torpağa bağlılığımız bizi təsərrüfatın bu sahəsini ildən-ilə genişləndirməyə ruhlandırır.

Keçidlər