Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Kürdəmirdə veloyürüş keçirilib

24 may 2018 | 16:00

Mayın 24-də Kürdəmir Rayon İcra Hakimiyyəti , Kürdəmir rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyi münasibətilə veloyürüş kecirilib.
Yeni Azərbaycan Partiyasının Kürdəmir rayon təşkilatının inzibati binasının önündən başlayan veloyurüş rayonun Heydər Əliyev parkında başa çatıb. Veloyürüşdə 100-ə yaxın idmançı iştirak edib.
Yarışdan öncə veloyürüş iştirakçıları ilə görüşən Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının  müavini Ağali Kərimli gəncləri salamladı və Cümhuriyyətin 100 illik yubileyi münasibəti ilə onları təbrik etdı. O, bildirdi ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını xalqımız üçün tarixi hadisə adlandırmışdı. Bu, eyni zamanda, İslam dünyası üçün də mühüm hadisə hesab olunurdu. Çünki müsəlman Şərqində ilk dəfə olaraq müstəqil demokratik respublika yaranmışdı. Ulu Öndər bu tarixi hadisənin böyük əhəmiyyət kəsb etdiyini vurğulamışdı: “Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması  və gələcək inkişaf yolunun  müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi”.
Cənab Prezidentimiz İlham Əliyev Azərbaycan  Xalq Cümhuriyyətinin yaranmasını xalqın milli oyanışının məntiqi yekunu kimi dəyərləndirmişdir: “Müsəlman Şərqində ilk parlament respublikası – Azərbaycan  Xalq  Cümhuriyyəti xalqımızın qədim dövlətçilik ənənələrini  yaşadaraq, müasir dövrə xas dövlət təsisatlarının yaradılmasına nail  olmuşdu. Azərbaycan Xalq Cümhuriyyətinin  yaranması mürəkkəb   siyasi   dövrdə   cərəyan   edən   hadisələrin    və   Azərbaycan  xalqının milli oyanışının məntiqi yekunu idi”.
Veloyürüş iştirakçıları Kürdəmir şəhərinin mərkəzini keçərək Heydər Əliyev parkına çatıblar. Yarışda iştirak edən gənclər Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.Sonda xatirə şəkilləri çəkdirildi.

Keçidlər