Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə “Azərbaycan Xalq Cümhuriyyəti – Şərqdə ilk parlamentli respublika” mövzusunda tədbir keçirilib

23 may 2018 | 16:00

Mayın  23-də  Kürdəmir Rayon İcra Hakimiyyəti , Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsi və Kürdəmmir Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzinin  akt  zalında  rayonun  mədəniyyət  işçilərinin   iştirakı ilə  Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyi münasibətilə  tədbir keçirilib.
Tədbirdə  Kürdəmir rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev və şöbənin əməkdaşı Samir Əhmədov, Kürdəmmir Regional Mədəniyyət İdarəsinin rəisi Elman Məmmədov, mədəniyyət  işçiləri, rayon ziyalıları və gənclər iştirak ediblər.
Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan Kürdəmir rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov bu il may ayının 28-də müsəlman Şərqində ilk demokratik və parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü olduğunu qeyd edib. Ulu öndər Heydər Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını xalqımız üçün tarixi hadisə adlandırdığını diqqətə çatdıran E. Qafarov Prezident İlham Əliyev tərəfindən də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını xalqın milli oyanışının məntiqi yekunu kimi dəyərləndirildiyini vurğulayıb.
Tədbirdə çıxış edən Dövlət Komitəsinin Ucar bölgəsi şöbəsinin müdiri Əzim Rəfiyev bu əlamətdar yubiley tədbirlərinin Azərbaycanın dövlətçilik tarixinin, müstəqillik illərində əldə etdiyi uğurların bütün dünyada daha geniş şəkildə tanıdılması üçün əlverişli fürsət olduğunu qeyd edib.Natiq Prezident İlham Əliyevin hələ ötən il may ayının 16-da imzaladığı “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” sərəncamının ölkə başçısının milli dövlətçilik tariximizə olan xüsusi diqqəti və ehtiramı kimi dəyərləndirilməli olduğunun vacibliyini diqqətə çatdırıb.
Mövzu ilə bağlı çıxış edən digər natiqlər də ilk müstəqilliyinin qısa olmasına baxmayaraq, o zamankı ölkənin indiki Azərbaycanın formalaşması üçün əsas təşkil etdiyini və Azərbaycanın 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra, regionda və dünyada artan vacib rola malik olduğunu vurğulayıblar.
Sonda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş film nümayiş olunub.

Keçidlər